RU

Paşinyan sülh müqaviləsi imzalayan kimi onları cəzalandıracaq – Nə baş verir?!

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Ermənistanın sabiq prezidenti Robert Köçəryanın son açıqlamalarını şərh edib.

Yenisabah.az xəbər verir ki, ARB24-ə verdiyi açıqlamada o bildirib ki, Köçəryanın müsahibəsi gələn il Ermənistanda keçiriləcək parlament seçkilərinə hesablanıb.

Onun sözlərinə görə, sabiq prezident yalnız Paşinyanı deyil, həm də Serj Sarkisyanı müəyyən məsələlərdə tənqid edib və onların heç bir siyasi kursunun nəticə vermədiyini vurğulayıb:

“Müddət bir il olsa da, düşünürəm ki, Robert Köçəryanın sonuncu müsahibəsi sırf gələn il baş verəcək parlament seçkilərinə hesablanmışdı. Amma bir şeyi nəzərə alaq, Köçəryan nəinki Paşinyanı, hətta digər həmkarını Serj Sarkisyanı da hansısa məsələlərdə günahlandırdı. Onun da bir yol tutmadığını bildirdi. Alen Simonyanın da Köçəryan barədə kifayət qədər fikirləri var idi. Biz bu fikirlərlə həmrəy ola bilərik. Çünki o, bildirmişdi ki, Köçəryan bu dəqiqə həbsdə olmalıdır. Sırf Ermənistanda baş verən proseslərə görə bu fikir irəli sürülmüşdü. Ancaq Azərbaycan tərəfinin ona daha çox sualları var. Köçəryan Azərbaycandakı məhkəmədə erməni terrorçularının ittiham olunduğu yerdə oturmalıdır. Onun Azərbaycana vurduğu ziyanı təsəvvür etsək, digər terrorçular Köçəryanın başçılığı ilə aparılan seperatizm hərəkatı qədər xalqımıza zərər verməyib.

Düşünmürəm ki, R.Köçəryanın o qədər nüfuzu və bazası var. Həm də son açıqlamaları ilə bildirdi ki, heç bir qüvvə ilə birləşmək istəmir. Ayrı-ayrı qüvvələr isə hesab etmirəm ki, Paşinyana hər hansı bir ziyan vuracaqlar”.

Ekspert Ermənistanda revanşist qüvvələrin baş qaldırmasından da söz açıb:

“Baqrat Qalstanyan hərəkatının nəticəsi olaraq, az qala Paşinyanın devrilməsini gözləyirdilər. Amma heç nə baş vermədi. Həmin şəxsin yenidən insanları küçələrə çıxarıb öz arxasınca aparması nə qədər məntiqli olar? Düşünmürəm ki, buna nail ola bilsinlər. Belə çıxır ki, faktiki olaraq revanşistlərin önə çıxmaq üçün bir liderləri yoxdur. Köçəryan, Sarkisyan da məlumdur və onları hazırda dəstəkləyən yoxdur. Bunu Vətən Müharibəsindən sonra baş verən seçkilərdə də gördük. Müharibəni uduzan və kapitulyasiya faktına imza atan Paşinyan yenidən seçkilərdə qalib oldu. Elə qalib gəldi ki, müxalif qüvvələr parlamentdə heç bir şey edə bilmirlər. Bütün istədiyi qanun aktlarını öz partiyasının dəstəyi ilə həyata keçirir.

İndiki zamanda Paşinyanın reytinqi düşür. Bəlkə bununla bağlıdır ki, Paşinyan bu dəqiqə sülh müqaviləsinin imzalanmasına tələsir. Sülh müqaviləsinin imzalanması Paşinyana ciddi siyasi xallar qazandıracaq. Demək olar ki, növbəti il keçiriləcək seçkilərdə heç bir maneə olmadan qalibiyyətini təmin edəcək. Ona görə Paşinyan bu məsələdə tələsir. Amma bu o demək deyil ki, Azərbaycan öz tələblərindən  ona görə imtina edib geri çəkilməlidir. Bu səbəblərdən ötrü R.Köçəryan və N.Paşinyanın davranışları başa düşüləndir”.

Aytac Şahin 


Telegram kanalımız
Избранный
0
50
yenisabah.az

10Источники