"Mançester Siti"nin futbolçusu Erlinq Haalandın "Barselona"ya mümkün keçidi barədə növbəti dəfə məlumatlar yayılıb.

Offsideplus.az xəbər verir ki, bu dəfə məsələyə kataloniyalıların prezidenti Xuan Laporta münasibət bildirmək məcburiyyətində qalıb.

"Həyatda mümkün olmayan heç nə yoxdur. Amma düşünmürəm ki, bu mövzu hazırda bütün fikrimizi yönəltdiyimiz məsələdir. Özü də Erlinq Haaland "Mançester Siti" ilə yeni müqavilə bağlayıb. Niko Uilyams? O, ötən mövsüm bizim transfer siyasətimizə daxil idi. Lakin biz Dani Olmo variantına üstünlük verdik. İndi digər varaintlar nəzərdən keçirilir", - deyə X.Laporta bildirib.

Qeyd edək ki, "Barselona" rəhbərliyinin Haalandla 2026-cı ilin yayında müqavilə bağlayacağı bildilir. "Mançester Siti"də 2022-ci ildən forma geyinən norveçli hücumçunun müqaviləsi 2034-cü ilədək nəzərdə tutulub.