RU

Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Türkiyədə Diyarbəkir mərkəzli cinayət təşkilatına qarşı 5 vilayətdə keçirilən əməliyyat nəticəsində 19 nəfər həbs edilib.

TurkicWorld xəbər verir ki, Diyarbakır Respublika Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilən əməliyyat çərçivəsində qanunsuz silahlı cinayət təşkilatına qarşı genişmiqyaslı tədbir görülüb.

Ş.T.-nin rəhbərlik etdiyi cinayətkar qrupun “narkotik vasitələrin qanunsuz dövriyyəsi”, “qəsdən adam öldürmə”, “ağır quldurluq”, “qəsdən xəsarət yetirmə” və “sələmçilik” kimi cinayətlərdə iştirak etdiyi müəyyən olunub.

Diyarbəkir şəhər mərkəzi və Lice rayonu ilə yanaşı, İstanbul, Ankara, Antalya və Karabükdə eyni vaxtda keçirilən əməliyyatlarda ümumilikdə 32 nəfər saxlanılıb. Axtarışlar zamanı 10 ədəd sənədsiz tapança, 2 ədəd boş tapança, 4 ov tüfəngi, müxtəlif çaplı çoxlu patron, 5 kilo 600 qram narkotik vasitə və digər qadağan olunmuş maddələr ələ keçirilib.

Əməliyyatlardan sonra şübhəlilərdən 19-u məhkəmə qərarı ilə həbs olunub, 13 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, əməliyyat Diyarbakır İl Təhlükəsizlik Müdirliyinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin koordinasiyasında həyata keçirilib və bölgədə cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Избранный
0
50
turkic.world

10Источники