RU

Fransa bu ölkədəki seçkilərə müdaxilə etmək istəyib - Durov açıqladı

"Telegram"ın həmtəsisçisi Pavel Durov bildirib ki, Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nikolas Lerner prezident seçkiləri ərəfəsində Rumıniya mühafizəkarlarının kanallarının dondurulmasını istəyib.

"Unikal" xəbər verir ki, Durov bundan imtina etdiyini deyib: 

"Bu yaz, "Hotel de Crillon"da "Salon des Batailles" sərgisində Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner məndən seçkilər öncəsi Rumıniya mühafizəkarlarını susdurmağımı istədi. Mən imtina etdim" deyə Durov bildirib.

Daha əvvəl Durov bildirmişdi ki, "Telegram" Qərbi Avropa ölkələrindən birinin tələbi ilə seçkilər öncəsi rumın mühafizəkarlarının kanallarını bloklamaqdan imtina edib.

Избранный
0
50
unikal.az

10Источники