RU

Papa XIV Leonun andiçmə mərasimi keçirilir

Mayın 18-də Müqəddəs Pyotr Kilsəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun andiçmə mərasimi keçirilir. Bununla da Müqəddəs Tax-Tacda 267-ci Papa olan XIV Leonun pontifikatı rəsmən başlayır.

Xezerxeber.az xəbər verir ki, Papa XIV Leo əvvəlcə Müqəddəs Pyotr meydanına toplaşan izdihamı salamlayıb. Müxtəlif ölkələrdən gələn insanlar Roma Papası ilə bağlı şüarlar səsləndiriblər. Daha sonra Müqəddəs Pyotr Kilsəsində ayinlər başlayıb.

Andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyəti iştirak edir. Onlar arasında müxtəlif ölkələrin dövlət və hökumət başçıları, o cümlədən İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın vitse-prezidenti Cey Di Vens var.

Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşıb.

Избранный
0
5
xezerxeber.az

10Источники