RU

"Neftçi" "Səbail"in önünə itkilərlə çıxacaq

"Neftçi" Misli premyer-liqasının 35-ci turunda “Səbail”lə matçın hazırlığını başa çatdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi dünən “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. "Neftçi"nin futbolçuları Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Xatırladaq ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 17.00-da başlayacaq.

Избранный
0
5
football-plus.az

10Источники