RU

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə nüvə proqramı ilə bağlı danışıqları müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.

Mənbə bildirib: "Xarici işlər naziri Fidan Əraqçi ilə telefonla İranın nüvə proqramı üzrə danışıqların gedişatını müzakirə edib".

Təfərrüat barədə məlumat verilmir.

Mayın 17-də İran Prezidenti Məsud Pezeşkian ölkənin nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsində əldə etdiyi nailiyyətlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə maraqlı olduğunu bəyan edib. Eyni zamanda o, Tehranın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Vaşinqtonla dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb.
Избранный
0
50
sherg.az

10Источники