RU

Rubio ilə Lavrov arasında telefon danışığı olub

Vaşinqton, 17 may, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus açıqlama verib. Bildirilir ki, Dövlət katibi Rubio mayın 16-da İstanbulda Ukrayna-Rusiya danışıqları zamanı əldə edilən məhbus mübadiləsi razılaşmasını alqışlayıb və Prezident Trampın Birləşmiş Ştatların Rusiya-Ukrayna müharibəsinin dayanıqlı şəkildə sona çatmasına sadiqliyinə dair qəti mesajını çatdırıb.

“Birləşmiş Ştatların təklif etdiyi hərtərəfli sülh planı irəliyə doğru ən yaxşı yoldur. Dövlət katibi Prezident Trampın dərhal atəşkəsə nail olmağa və zorakılığa son qoymağa dair çağırışını vurğulayıb”, - deyə açıqlamada qeyd olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
0
7
azertag.az

8Источники