RU

Sərxoş kişi nənə və nəvəni benzinlə diri-diri yandıraraq...

Rusiya Federasiyasının Novosibirsk vilayətinin Kupino şəhərində sərxoş kişi qadını və onun beş yaşlı nəvəsini diri-diri yandırmağa cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın region üzrə İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə mayın 15-də baş verib. Sərxoş vəziyyətdə olan 29 yaşlı şübhəli şəxs ədavət zəminində 65 yaşlı qadını və onun 5 yaşlı nəvəsini benzin tökərək yandırmağa cəhd edib.

Nəticədə maye alovlanıb və yanğın dərhal qurbanların yerləşdiyi evin otaqlarını bürüyüb. Nənə və nəvə tüstü basmış otaqdan qaça bilib. Yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, barəsində adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Onu 15 ilədək həbs cəzası gözləyir.

Избранный
0
40
publika.az

10Источники