RU

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlandı

Avtomat hidroloji stansiyaların saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Azreform.info xəbər verir ki, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 12 sm, Bərgüşadçayda 4 sm, Araz çayının yuxarı axınında isə 51 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm artıb, su sərfi 907 m3/san olmaqla normanın 121%-ni, Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 18 sm artıb, su sərfi 369 m3/san olmaqla normanın 182%-ni təşkil edir.

Избранный
0
36
azreform.info

10Источники