Canni İnfantino futbolda irqçiliklə mübarizədən danışıb. SİA xəbər verir ki, FİFA prezidenti bu barədə təşkilatın konqresində bildirib. “Mən burada iştirak edən FİFA Şurasının üzvlərinə irqçiliklə effektiv mübarizə aparmaq üçün alətlər verən və bütün dünyada tətbiq olunacaq yeni FIFA İntizam Məcəlləsini təsdiq etdiklərinə görə təşəkkür edirəm. Və əlbəttə ki, biz “Məktəblər üçün futbol” proqramı vasitəsilə irqçilik və ayrı-seçkilik məsələləri də daxil olmaqla təhsil üzərində işləyirik. Və nəhayət, açıq deyək: irqçilik təkcə futbolda mübarizə aparmalı və məğlub etməli olduğumuz problem deyil. Bu, təbii ki, cəmiyyətin problemidir və irqçilik sadəcə olaraq cinayətdir. Cinayət. Və buna görə də biz həm də dünyanın müxtəlif hökumətləri ilə, Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi ilə işləyirik ki, irqçiliyə qarşı mübarizə dünyanın hər bir ölkəsinin cinayət qanunvericiliyində əksini tapsın”, – deyə FİFA prezidenti bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта