RU

Rusiya İstanbul danışıqlarından məmnun qaldı

Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski İstanbuldakı danışıqlar barədə açıqlama verib. Metbuat.az xəbər verir ki, İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski Ukrayna ilə danışıqlardan məmnun qaldıqlarını ifadə edib. O Ukrayna ilə təmasları davam etdirməyə hazır olduqlarını bildirib. Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ukrayna tərəfi ilə aparılan birbaşa danışıqların başa çatdığını qeyd edən Medinskinin sözlərinə görə, Moskva ümumi olaraq danışıqlarda əldə etdiyi nəticələrdən razıdır.

Danışıqlar zamanı razılaşdırılmış məsələlər barədə məlumat verən Medinski, “1000 nəfərə 1000 nəfər ilə girov mübadiləsi keçiriləcək. Ukrayna tərəfi dövlət başçıları səviyyəsində birbaşa danışıqların aparılmasını xahiş edib. Biz bu tələbi qeydə almışıq. Rusiya və Ukrayna mümkün atəşkəslə bağlı fikirlərini ətraflı şəkildə təqdim edəcək, sonra danışıqlar davam etdiriləcək” - deyə bildirib.

Избранный
0
50
metbuat.az

10Источники