RU

Avropa liderlərindən Rusiya-Ukrayna danışıqlarının nəticələrinə reaksiya

Avropa liderləri bu gün Türkiyədə keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələrinə reaksiya verib.

AzPost bildirir ki, Britaniyanın Baş naziri Kir Starmer Ukraynanı tam dəstəklədiyini vurğulayıb və Rusiyanın danışıqlarda mövqeyinin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, Putin atəşkəsi gecikdirməyə çalışır və London buna imkan verməyəcək.

Fransa prezidenti Emmanuel Makron Rusiyanın ABŞ, Ukrayna və Avropanın ağlabatan tələblərinə məhəl qoymadığını bildirib. Onun sözlərinə görə, Moskva nə atəşkəslə bağlı cavab verib, nə də real razılaşmalarla görüşə razılıq verib.

Polşa prezidenti Donald Tusk Rusiyanı danışıqları pozmaqda ittiham edərək, Kremlin ABŞ-ın iştirakı ilə dialoq aparmaqdan imtina etdiyini və yenidən qəbuledilməz şərtlər irəli sürdüyünü qeyd edib.

İtaliyanın Baş naziri Georgia Meloni deyib ki, kimin sülhü həqiqətən istədiyi, kimin istəmədiyi bəlli olub. O, Ukrayna üçün atəşkəs və təhlükəsizlik təminatlarının vacibliyini vurğulayıb.

Almaniya kansleri Fridrix Merz Rusiyanı Ukrayna ilə bağlı sülh danışıqlarında irəliləyişin olmamasına görə tənqid edib, həmçinin təşəbbüsün uğursuzluğuna görə günahın Moskvada olduğunu vurğulayıb.

AzPost.az

Избранный
0
29
azpost.info

10Источники