ABŞ prezidenti Donald Tramp deyib ki, İran Amerika ilə ticarət əlaqələrini bərpa etməkdə maraqlıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İran bizimlə ticarət etmək istəyir, buna etiraz etmirəm. Mən ticarətdən münaqişələrin həlli və sülhün bərqərar olması üçün istifadə edirəm”, – dövlət başçısı Fox News telekanalına müsahibəsində deyib.
Amerika lideri yeni razılaşmanın mümkünlüyünə eyham vurub: “Mən İrana dedim: biz razılaşacağıq və siz həqiqətən <…> çox xoşbəxt olacaqsınız”. Tramp potensial razılaşmaların təfərrüatlarını açıqlamayıb, lakin iqtisadi rıçaqlardan diplomatiya aləti kimi istifadə etməyə hazır olduğunu vurğulayıb.…>
Omanın vasitəçi olduğu ABŞ və İran İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün dörd raund danışıqlar aparıb. Onlardan birincisi aprelin 12-də Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü aprelin 26-da və yenidən Omanın paytaxtında mayın 11-də baş tutub. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.