"Sursat anbarında növbədə olan hərbçilər arasında həlak olanlar var..."
Mayın 16-da, cümə günü gecə və səhər tezdən Krımda ardıcıl güclü partlayışlar baş verib. Yerli sosial media kanalları rusiyalı işğalçılara məxsus mühüm hərbi obyektlərin hücuma məruz qaldığını barədə məlumat verir.
Moderator.az xəbər verir ki, bu barədə "Krımskiy veter" nəşri məlumat verib. Məlumatı "censor.net" nəşri yayıb.

Nəşrin məlumatına görə, səhər saat 06:15-də Sevastopolda çox güclü partlayış baş verib. Rusiyanın hava hücumundan müdafiə sistemləri Naximov adına Sevastopol Hərbi Dənizçilik Məktəbinin ərazisindən atəş açıb. Hadisə şahidləri həmin nöqtədə "Pantsir-S1" zenit-raket kompleksinin izini göstərən fotolar paylaşıb.
Bundan əlavə, Rusiyanın Qara dəniz donanmasının 126-cı ayrı sahil müdafiə briqadasının yerləşdiyi Perivalnoye qəsəbəsində də partlayışlar qeydə alınıb. Şahidlər partlayış səsləri eşitdiklərini və tüstü qalxdığını bildirir.
Sevastopola hücum isə davam edir. Şahidlər şəhərdə yeni partlayışlar barədə xəbər verir. Xüsusilə, Belbek və Kaça hava limanları ətrafında partlayış səsləri eşidilib.
Lakin yerli sosial şəbəkələrdə Perivalnoyedə vəziyyətin daha ağır olduğu qeyd olunur - 126-cı sahil müdafiə briqadasının sursat anbarı yanır və partlayışlarla müşayiət olunur.
"Krımskiy veter"in məlumatına görə, Simferopoldan Perivalnoyeyə doğru Yalta magistralı ilə çoxsaylı təcili yardım maşınları hərəkət edib, baxmayaraq ki, Aluştadan oraya yol daha qısa sayılır. Partlayışlar Bəxçasarayda, Balaklava və Sevastopol ətrafında da davam edir.
"ATEŞ" hərəkatının agentləri Krımda Rusiyanın hərbi obyektlərinə zərbələrin endirildiyini təsdiqləyir. Onların məlumatına görə, Perivalnoyedə işğalçılara məxsus texnikaların saxlandığı anqarlar da olub.
Agentlər Perivalnoyedəki 126-cı Qvardiya sahil müdafiə briqadası və 8-ci ayrı artilleriya alayına məxsus hərbi bazada partlayışlar qeydə alıb. "Sursat anbarında növbədə olan hərbçilər arasında həlak olanlar var", - məlumatda qeyd olunur.
Krım: vacib xəbərlər
Ukrayna Hərbi Dəniz Qüvvələri daha öncə bildirib ki, Rusiya Krımı müdafiə etmək üçün digər istiqamətlərdən hava hücumundan müdafiə sistemlərini ora cəmləşdirir. Bu, Krımın həm logistik, həm də simvolik baxımdan düşmən üçün önəmli olması ilə izah olunur.
Bununla yanaşı, Krımın hərbiləşdirilmiş vəziyyətinə baxmayaraq, rusiyalı turistlərin işğal altındakı yarımadaya axını davam edir. Bunun səbəbi 2023-cü ilin dekabrında Rusiya tankerlərindən mazut sızması nəticəsində Qara dəniz sahillərinin bir hissəsinin çimərlik turizmi üçün yararsız hala gəlməsidir.