BAKI, 16 may. TELEQRAF
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi və Yasamal rayonlarında 4 paytaxt sakini 4 avtomat silahı və 43 patronu, həmçinin Sumqayıt şəhər sakini olan bir nəfər tapdığı tapançanı könüllü polisə təhvil verib.
Araşdırmalar aparılır.