RU

SON DƏQİQƏ! Koronavirusun yeni dalğası GƏLİR – Bir həftədə 25 min yoluxma...

Pandemiyanın unudulmaq üzrə olduğu bir vaxtda, Sinqapur və Honqkonqdan gələn xəbərlər yenidən dünya ictimaiyyətini narahat edib. Belə ki, Asiyada COVID-19-un yeni dalğası güclənməkdədir.

Bizim.Media xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb.

Sinqapurun səhiyyə naziri Ong Ye Kung rəsmi açıqlamasında bildirib ki, ölkədə yoluxma hallarında ciddi artım müşahidə olunur.

Onun sözlərinə görə, təkcə bir həftə ərzində 25 mindən çox yeni yoluxma qeydə alınıb. Bu rəqəm əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artım deməkdir. Nazir qeyd edib ki, bu artım əsasən KP.1 və KP.2 adlı yeni altştamların yayılması ilə bağlıdır.
 

Təhlükə təkcə Sinqapurla məhdudlaşmır. Honqkonqda da oxşar vəziyyət yaşanır. Şəhər hakimiyyəti virusun yeni ştamlarının yayılmasından narahatdır. Səhiyyə rəsmiləri əhalini diqqətli olmağa, maskalardan istifadə etməyə və immuniteti gücləndirməyə çağırırlar.


Hazırda hər iki bölgədə xəstəxanaların iş yükündə artım müşahidə olunur. Rəsmilər yaxın həftələrdə yoluxma sayının daha da arta biləcəyini istisna etmirlər. Buna görə də yenidən müəyyən məhdudiyyətlərin tətbiqi ehtimalı gündəmə gəlib.

Mütəxəssislər bildirirlər ki, hazırda yayılan ştamlar əvvəlkilərlə müqayisədə daha yoluxucudur, lakin ağır simptomlara səbəb olmaq ehtimalı nisbətən azdır. Buna baxmayaraq, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün təhlükə hələ də qalır.

Xatırladaq ki, COVID-19 pandemiyası ilk dəfə 2019-cu ilin sonlarında Çində aşkarlanmışdı və sonrakı illərdə dünya üzrə milyonlarla insanın həyatına son qoymuşdu.

ÜST pandemiyanın artıq qlobal fövqəladə vəziyyət mərhələsini bitirdiyini elan etsə də, virus hələ də tamamilə yox olmayıb və zaman-zaman özünü yeni formalarla göstərir.

Bizim.Media

Избранный
0
2
bizim.media

10Источники