RU

Ərdoğan: "Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir"

"Çaldıran döyüşü türk, kürd və ərəblərin ortaq qələbəsidir".
 
Moderator.az "TRT Haber" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
"Bu strateji coğrafiyada türk, kürd və ərəblər birlikdə mövcud olublar, birlikdə savaşıblar, qələbəni və məğlubiyyəti də birlikdə yaşayıblar. Malazgirt, Çaldıran döyüşləri, İstanbulun fəthi türk, kürd və ərəbin ümumi zəfəridir. Biz bu coğrafiyada müttəfiq olanda böyüdük, gücləndik, dünyaya hökm etdik. Ancaq birliyimiz dağılanda zəiflədik, gerilədik. Türk, kürd və ərəblər birlikdə hərəkət edərlərsə, böyük güc olarlar" , - deyə Ərdoğan vurğulayıb.
Избранный
0
3
moderator.az

10Источники