RU

ABŞ Rusiya–Ukrayna münaqişəsində vasitəçilik səylərini davam etdirəcək – Marko Rubio

Bakı. Trend:

ABŞ administrasiyası Rusiya ilə Ukrayna arasında davam edənmünaqişənin sülh yolu ilə həllinə dair vasitəçilik səylərinidayandırmaq niyyətində deyil. Lakin Vaşinqton məhsuldar olmayandanışıqlarda iştirak etməyəcək.

Trend xəbər verirki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Antalyada NATO-ya üzvölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammitiçərçivəsində jurnalistlərin suallarını cavablandırarkənbildirib.

Rubiodan soruşulub ki, ABŞ administrasiyası daha əvvəl, apreldəbildirdiyi kimi, konkret irəliləyiş əldə olunmazsa, vasitəçirolundan imtina edəcəkmi. Dövlət katibi cavabında deyib:

“Əminliklə deyə bilərəm ki, ABŞ Prezidenti Donald Tramp sülhünəldə olunması üçün tələb olunan müddət boyunca bu prosesidəstəkləməyə hazırdır. Lakin biz dünya boyunca səmərəsiz görüşlərdəiştirak edə bilmərik. Mən NATO sammitində iştirak üçün buradayam vəhər şey bu səbəbdən belə inkişaf etdi”.

O əlavə edib ki, ABŞ artıq “bu danışıqların arxasınca bütündünyanı dolaşmayacaq”.

“Bizə bildirildi ki, Rusiya və Ukrayna nümayəndələri arasındabirbaşa təmas ola bilər. Bu, əvvəlcədən planlaşdırılmışdı və siz dəeyni məlumatları eşitmisiniz. Lakin hələ ki, bu baş verməyib”, –deyə Rubio qeyd edib.

Dövlət katibi eyni zamanda Rusiya nümayəndə heyətinin tərkibinətoxunaraq bildirib ki, onların səviyyəsi danışıqların nəticəverəcəyinə ümid yaratmır:

“Rusiya tərəfinin göndərdiyi komanda ciddi irəliləyiş vəd etmir.Ümid edirəm ki, yanılıram. Ümid edirəm ki, sabah xəbərlərdə onlarınatəşkəslə bağlı razılığa gəldiklərini və ciddi danışıqlarabaşlamağa hazır olduqlarını eşidəcəyik. Amma mən sadəcə vəziyyətəöz qiymətimi verirəm”, – deyə Rubio vurğulayıb.

Избранный
0
50
az.trend.az

10Источники