Bakının Xətai rayonu, Babək prospektində baş verən qəzada 4 nəfər yaralanıb.
Modern.az-ın məlumatına görə, qəza zamanı "Toyota Prado", iki "Mercedes" və bir KİA markalı avtomobillər toqquşub.
Faktla bağlı arşdırma aparılır.
***
08:05
Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Modern.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.