RU

ABŞ-a Boeing: Hədiyyə, yoxsa razılaşma?

Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman bin Cassim Əl-Tani ABŞ-a təqdim edilən Boeing 747-8 təyyarəsinin keçmiş prezident Donald Trampa şəxsi hədiyyə olmadığını, bu addımın sadə hökmətlərarası razılaşma xarakteri daşıdığını bildirib. Tribunainfo.az xəbər verir ki, bu barədə baş nazir CNN telekanalına açıqlama verib.

“Biz ABŞ-da təsir gücü əldə etmək üçün belə addımlar atmırıq. Son 10 ildə Qətər daim ABŞ-ın yanında olub – istər terrorla mübarizədə, istər Əfqanıstandan təxliyələrdə, istərsə də girovların azad edilməsində,” – deyə Əl-Tani vurğulayıb.

Baş nazir əlavə edib ki, təyyarə ilə bağlı məsələ hazırda hüquqi qiymətləndirmə mərhələsindədir və əgər bu addım qanunsuz sayılarsa, təklif geri çəkiləcək.

ABŞ-da təlaş: 400 milyonluq “uçan saray” etika qaydalarını poza bilər
ABC Newsun məlumatına görə, Tramp administrasiyası Qətər kral ailəsinin bağışladığı ultralüks Boeing 747-8 təyyarəsini qəbul etməyə hazırlaşır. Bildirilir ki, Tramp bu təyyarədən prezident postunda olduğu müddətdə “Bort №1” kimi istifadə edə bilər.

Tramp bu məsələ ilə bağlı açıqlamasında bildirib ki, təyyarə ABŞ-a “çox şəffaf və açıq şəkildə” təqdim olunur.

Digər tərəfdən, Nyu-Yorkdan konqresmen Riçi Torres bu “hədiyyə”nin ABŞ Konstitusiyasının və federal etik qaydaların pozulması ilə nəticələnə biləcəyini bildirib və məsələ ilə bağlı təcili etika araşdırması tələb edib. Torresin fikrincə, bu, ABŞ prezidentinə xarici ölkə tərəfindən verilmiş ən bahalı hədiyyə ola bilər.

14 may tarixində Bloomberg yazıb ki, Trampın aviasiyaya olan köhnə həvəsi, Amerika liderinin rəğbətini qazanmaq istəyən hökumətlər və şirkətlər üçün faydalı alətə çevrilib.

İmran Kərimli

Избранный
0
50
tribunainfo.az

10Источники