“Neftçi” klubunun bu mövsüm uğursuz çıxış etməsi komandanın baş məşqçisi Samir Abasova heç bir təsir göstərməyəcək.
Bizim.Media xəbər verir ki, rəhbərlik mütəxəssisə yeni komanda yaratmaq fürsəti verib.
Baş məşqçi heyətdə islahatlar aparmaq üçün tam dəstək alıb. Ona görə də yeni mövsüm öncəsi “Neftçi”də ciddi islahatların aparılacağı gözlənilir. Konkret olaraq indiki heyətin yarısı klubldan göndəriləcək və tamamilə yeni bir komanda yaradılacaq.
Qeyd edək ki, ötən ilin oktyabrından “Neftçi”yə baş məşqçi təyin olunan Samir Abasovun klubla 2027-ci ilə qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media