RU

Axtarışda olan azərbaycanlı blogeri 7 il həbs gözləyir - O, çirkli pulların yuyulmasında günahlandırılır

BAKI, 14 may. TELEQRAF

Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, bloger Hüseyn Həsənovu çirkli pulların yuyulması faktına görə 7 ilə qədər həbs və bir milyon rubl cərimə gözləyir.

Teleqraf xəbər verir ki, blogerə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü bəndi ilə cinayət işi açılıb.

O, qiyabi həbs olunub və axtarışa verilib. Materiallarda bildirilir ki, Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

Həsənov rusiyalı videobloger və iş adamıdır, biznes bacarıqlarının öyrədilməsi üzrə onlayn kursların müəllifidir.Məlumata görə, o, Rusiyadan kənarda yaşayır.

Избранный
0
6
teleqraf.com

10Источники