RU

Beş manatlıq yolu 435 manata aparan taksi ilə bağlı AÇIQLAMA

"Bolt" taksi şirkətinin sürücüsü Xalid Məmmədov xanım sərnişinin bank kartından 5 manatlıq yol üçün 435 manat çıxarıb. Bu məsələ geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yazılanlara görə, bu kimi hallar ilk dəfədir baş vermir. Yəni taksi sürücüləri həm yerli sakinləri, həm əcnəbiləri dəfələrlə aldadıblar.

Bəs bu kimi dələduzluqların qarşısı necə alına bilər?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "redaktor.az"a danışan sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirdi ki, bu hallar artıq çox kütləviləşməyə başlayıb:

"Burada isə məbləğ bir qədər daha böyükdür. Çox təəssüf ki, taksi sürücüləri arasında xarici qonaqları, xüsusilə də turistləri aldatmaq halları geniş yayılıb. Bu hallar müxtəlif formalarda özünü göstərir. Taksi şirkətləri xidmətləri dəyərləndirmək üçün insanlara imkanlar yaradır. Əgər müştəri həmin anda xidməti dəyərləndirərkən şikayət edirsə, o zaman fakt ortaya çıxır".

Avtobus

Müsahibimiz qeyd etdi ki, bu tip hallarla bağlı məhkəməyə müraciət olunmalıdır.

"Məhkəmələr isə dələduzluq maddəsi ilə araşdırma aparmalı və müvafiq tədbirlər görməlidir. Bu prosesin mexanizmi belədir. Şirkətlər tərəfindən sürücülərə nəzarət mexanizmi gücləndirilməli, onlarla bağlı edilən şikayətlərə və qeydlərə ciddi və düzgün yanaşılmalıdır. Bu proseslər məhkəmə qaydasında davam etdirilməlidir", - deyə İlqar Hüsynli bildirdi.

***

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.

Avtosfer.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Xalid Məmmədovun (şərti ad) Cinayət Məcəlləsinin 177.2.3-1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Ucar rayon sakini Xalid Məmmədov təxminən 5 ay əvvəl "Bolt" platformasında sürücü kimi fəaliyyətə başlayıb. O, 50 yaşlı Firuzə (şərti ad) adlı müştərini Xətai rayonu, "Viktoriya" restoranının yaxınlığından götürərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsinə aparıb. Sifarişin dəyəri cəmi 5 manat olub.

Səfər zamanı qadın sürücüyə nəğd pulu olmadığını, ödənişi kartla həyata keçirəcəyini bildirib. Bu fürsətdən istifadə edən sürücü qadının kart məlumatlarını əldə edərək, "Mosbet" mərc oyun platformasında qeydiyyatdan keçib. Daha sonra həmin kartdan ümumilikdə 435 manat vəsaiti öz hesabına köçürərək, məbləği mərc oyunlarında xərcləyib.

Firuzə dərhal sürücüyə zəng edərək pulu geri qaytarmasını tələb edib. Lakin sürücü ona "səhv nömrəyə zəng etdiyini" deyərək vəziyyətdən yayınmağa çalışıb. Qadın daha sonra bankla əlaqə saxlayaraq kart hesabını bağlatdırıb və Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə zəng edərək hadisə barədə məlumat verib. Sürücü qısa müddət sonra saxlanılıb.

Məhkəmənin qərarına əsasən, Xalid Məmmədova 2 günlük həbs müddəti nəzərə alınmaqla 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası verilib. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.

Qeyd edək ki, bir müddət əvvəl də bənzər hadisə baş vermişdi. Belə ki, bir nəfər Nizami küçəsindən (Tarqovı) Nəsimi rayonuna getmək üçün ayıq sürücü çağırmış, lakin sürücü içkili müştərinin kartından 7 manatlıq ödəniş əvəzinə 700 manat çəkmişdi. Həmin şəxs də məhkəmə qərarı ilə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi (Qaynarinfo).

Избранный
0
22
avtosfer.az

10Источники