RU

85 yaşlı qadının ölümü ilə nəticələnən qəza törətmiş sürücüyə hökm oxundu

BAKI, 14 may. TELEQRAF

Hacıqabul rayonunda 85 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan 1996-cı il Elməddin Cabbarovun məhkəməsi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, Hacıqabul Rayon Məhkəməsində hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Elməddin Cabbarov 3 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Renault Megane" markalı minik avtomobil ilə “Mercedes Ateko” markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobilindəki sərnişin, sürücünün nənəsi - Bərdə rayon sakini, 1938-ci il təvəllüdlü Asiya Əliyeva hadisə yerində ölüb.

Digər xəsarət alanlar Bərdə rayon sakinləri - sərnişin 1969-cu il təvəllüdlü Alidə Əliyeva və sürücü, 1996-cı il Elməddin Cabbarov isə Şirvan şəhər Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

İstintaq araşdırması zamanı qəzanın törədilməsində “Mercedes Ateko” markalı yük avtomobilinin sürücüsü Elməddin Cabbarov təqsirli bilinib.

Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Избранный
0
50
teleqraf.com

10Источники