RU

İlhamə Elşadqızının məhkəməsi başladı

Tiktokda əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi öz işinə başlayıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə dövlət ittihamççısı ittiham aktı elan edib.

Məhkəmədə İlhamə Elşadqızı özünü təqsirli bilməyib.

Hazırda proses davam edir.

Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

Избранный
0
4
konkret.az

10Источники