Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasında gündəmdə olan atəşkəslə bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Makron Ukrayna ilə atəşkəsi qəbul etmədiyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini bəyan edib.
"Niyyətimiz yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdir. Bu mövzuda koordinasiyadayıq", - deyə o söyləyib.
Makron qeyd edib ki, sanksiyalar Rusiyanın maliyyə xidmətlərini və neft-qaz sənayesini hədəf alıb.