Əmtəə bazarlarında qiymətli metalların dəyərində azalma qeydə alınıb.
Finss.az-ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə iyun fyuçerslərinin qiyməti 0,61% azalaraq 3 228 ABŞ dolları təşkil edib.
Gümüşün bir unsiyası üzrə iyul fyuçersləri isə 1,06% ucuzlaşaraq 32,75 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Fuad Mədətov
Finss.az