Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 1975-ci təvəllüdlü İmiraslan Şıxveledov idarə etdiyi “Volvo” markalı avtomaşınla hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Sabir Hüseynovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Leqal.info