RU

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Mayın 13-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Избранный
0
49
yeniazerbaycan.com

10Источники