Bakıda və Abşeron yarımadasında mayın 14-də səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.
10Источники
-
news24.azBakıya leysan, bu ərazilərə qar yağacaq ( 17273018)
-
azedu.azSabaha olan hava proqnozu açıqlanıb ( 17275715)
-
yeniazerbaycan.comHava proqnozu: Leysan olacaq, dolu düşəcək, qar yağacaq ( 17275487)
-
news24.azGüclü leysan yağacaq, dolu düşəcək ( 17265833)
-
veteninfo.azSabah leysan yağacaq ( 17275235)
-
7news.azSabah leysan yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək ( 17274569)
-
referans.azSabah leysan yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək ( 17274500)
-
azadmedia.azŞimşək çaxacaq, leysan olacaq... » AzadMedia.az ( 17274281)
-
xalqqazeti.azYenə də Abşeronda yağmursuz, bölgələrdə yağıntılı, dumanlı və küləkli ( 17273522)
-
medicina.azSabahın havaproqnozu ( 17273411)