RU

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.

 

Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illik qazancı 10 milyon avro təşkil edəcək.

 

Bu, 65 yaşlı baş məşqçinin "Real" (İspaniya) klubundakı qazandığı məbləğlə eynidir.

 

Qeyd edək ki, Karlo Ançelottinin rəhbəri olduğu Braziliya millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının qalibi olarsa, əlavə olaraq 5 milyon avro mükafat əldə edəcək.

Избранный
0
2
sfera.az

10Источники