RU

Azərbaycanın karate millilərinə yeni məşqçi təyin edilib

Azərbaycan Karate Federasiyası (AKF) rəhbərliyinin müvafiq əmri ilə Tural Ağalarzadə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət kumite üzrə millinin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Bu barədə "Report"a AKF-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyinat baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi altında komanda heyətinin daha da gücləndirilməsi və gənc idmançıların peşəkar səviyyədə hazırlanması məqsədi daşıyır.

Избранный
0
9
report.az

10Источники