RU

İnsan alveri ilə mübarizədə iştirak edən QHT-lərə 140 min manatdan çox vəsait ayrılıb

Hesabat ilində insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması da diqqətdə olmaqla bu məqsədlə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində 10 müvafiq təşkilata 140 500 manat vəsait ayrılıb.

QHT.az Trend - ə istinadən xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, həmçinin insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyası, sığınacaqda saxlanılması və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyi tərəfindən 59 786 manat xərclənib.

Qeyd edək ki, bu hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq, Ombudsman Aparatı, Vəkillər Kollegiyası, beynəlxalq təsisatlar, 20 qeyri-hökumət təşkilatı, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanı, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.

Избранный
0
1
qht.az

10Источники