RU

ABŞ-ın PKK oyunu ifşa oldu: “Terrora dəstək..."

ABŞ-nin Türkiyədəki səfirliyi PKK terror təşkilatının ləğv edilməsini alqışlayaraq bunu “sivilizasiya üçün qələbə” kimi qiymətləndirib. “Sivil dünyada terrorun gələcəyi yoxdur”, – bəyanatda vurğulanıb.
Bu barədə Moderator.az- a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki,Türkiyənin  uzun illər davam edən mübarizə nəticəsində PKK- nın ləğvinə nail olması böyük bir qələbədir.
 
Onun sözlərinə görə, bu təkcə Türkiyə miqyasında səciyyələndirə biləcəyimiz bir qələbə deyil, bütövlükdə beynəlxalq əhəmiyyətli hadisədir:
“Çünki Türkiyə  beynəlxalq səviyyədə mühüm oyunçuya çevrilib. ABŞ səfirliyinin PKK-nın ləğvi ilə bağlı verdiyi açıqlama və bunun “sivilizasiya üçün qələbə” adlandırılması əslində təəccüblüdür. Niyə? Çünki ABŞ uzun illər ərzində həm PKK, həm də İŞİD vasitəsilə Türkiyəni zəiflətməyə çalışıb. Əgər zaman-zaman ABŞ-ın destruktiv mövqeyi olmasaydı, Türkiyə çoxdan terrorun sonuna çıxmış olardı. Məhz terrorla mübarizədə uzun illər sonra nəticənin əldə olunması məhz dediyim kimi, ABŞ- ın mövqeyi ilə bağlıdır. Təkcə ABŞ deyil, bir çox Qərb dövləti də terror təşkilatlarından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edib. İndi isə ABŞ-ın belə bir bəyanatla çıxış etməsi, əslində, onun riyakar və ikiüzlü siyasətinin göstəricisidir”.
 
Siyasi şərhçi vurğulayıb ki, ABŞ- ın yeni hakimiyyəti Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır:
 “Vaşinqton son illərdə müxtəlif məsələlərdə Ankara ilə daha koordinasiyalı və əməkdaşlıq yönümlü davranmağa çalışır. Bu mənada əlbəttə ki, Türkiyənin bu nəticəsini,bu uğurunu müsbət qiymətləndirməli idi. Eyni zamanda, ABŞ tərəfi terror təşkilatının ləğvi barədə mənfi rəy deyə bilməzdi, çünki bununla özünü ifşa etmiş olardı artıq beynəlxalq güclər, o cümlədən NATO-nun aparıcı dövləti olan ABŞ da Türkiyənin bölgədəki rolunu və maraqlarını nəzərə almağa başlayıb. ABŞ-ın bu açıqlaması da məhz bunun təzahürüdür. Hərçənd ki, bu yanaşma təəccüblüdür – çünki ABŞ-ın PKK və digər terror qruplaşmaları ilə bağlı əvvəlki mövqeyi zaman-zaman tamamilə fərqli olub”.
 
Mehin Mehmanqızı
 
Избранный
0
50
moderator.az

10Источники