Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Qusarçay və Qudiyalçayda 4 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 3 sm artım qeydə alınıb.