Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb
Yeraltı təkanların episentri Muğla şəhərinin Bodrum rayonundan 137 km qərbdə - Egey dənizində qeydə alınıb. Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib və regionda sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, ötən ayın 23-də Avropanın ən sıx əhaliyə malik şəhərlərindən olan İstanbulda güclü zəlzələ baş vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31