"Bavariya"nın vingeri Leroy Sane karyerasını Bundesliqa klubunda davam etdirmək üçün digər variantlardan imtina edib.
Apasport.az xəbər verir ki, alman futbolçu Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.
29 yaşlı futbolçuya Avropada da tələbat var, lakin o, yeni müqavilə ilə bağlı danışıqlarda çətinliklərə baxmayaraq, “Bavariya”dan ayrılmağa həvəsli deyil.
İddialara görə, "Marsel" Sane ilə maraqlanıb, lakin futbolçu Fransa klubundan da imtina edib.
Qeyd edək ki, Leroy Sanenin "Bavariya" ilə hazırkı müqaviləsi bu yay başa çatacaq.
Premyer Liqanı Bundesliqaya dəyişə bilər
“Real”ın ulduzu zədələnib
Çempion oldu - KOMANDADAN GÖNDƏRİLDİ
ÇL: Finalı idarə edəcək hakim müəyyənləşib
Karlo Ançelotti Braziliya millisində - RƏSMİ