RU

Regionda gərginlik artır: Paşinyan sülhdən danışır, amma silah alır - POLİTOLOQ

Ermənistan Hindistandan 700 milyonluq zenit-raket kompleksi olan "Akaş" raketləri alıb. Raketlərin növbəti aylarda Ermənistana ixracı nəzərdə tutulur. 

Bu barədə "Sherg.az"a siyasi ekspert Məhəmməd Əsədullazadə məlumat verib. 

Politoloqun sözlərinə görə, Ermənistanın silahlanması regionda yeni eskalasiya riski yaradır: 

“Ermənistan Baş naziri Nikol Paşinyan bir tərəfdən müharibə olmayacaq bəyanatını verir, bir tərəfdən də kifayət qədər böyük məbləğdə silahlar alır. Bu, Ermənistanın müharibə hazırlığıdır. Qeyd edim ki, Hindistandan alınan silahların texniki parametrləri son günlər Pakistanla müharibədə effektiv olmadığını göstərdi. Hindistan istehsalı "Akaş" raket kompleksleri 25 km.mənzillidir. Azərbaycan Ermənistana silahlanmaya son verəcəyi təqdirdə sülhə hazır olacağını şərtini irəli sürməlidir. Ermənistan Baş naziri ölkədə sosial problemləri həll etmək əvəzinə silahlanmaya bu qədər vəsait ayırması suallar doğurur. Ermənistan öz ərazisində Zəngəzur dəhlizinin avtomobil və dəmir yolunu çəkmir. Həmçinin İranla Ermənistanı birləşdirən əsas yol infrastruktur baxımından köhnədir. Ermənistan əhalisi sosial problemlərə görə ölkəni tərk etməkdədir. N.Paşinyanın hakimiyyəti ölkədə miqrasiyaya son qoymayıb. Bu onu göstərir ki, N.Paşinyanın vəd etdiyi sosial proqramlar kağız üzərində qalır”. 

Избранный
0
3
sherg.az

4Источники