RU

TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər – NƏ BAŞ VERİR? (VİDEO)

Ermənistan Müdafiə Nazirliyi kütləvi şəkildə avtomobil şinləri toplayaraq onları şərti sərhəd istiqamətinə göndərir.

KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan ordusunun artilleriya bölmələrini sərhədə yaxın ərazilərə cəmləşdirdiyi bildirilmişdi. Müşahidəçilər hesab edir ki, şinlərin toplanması və sərhədə daşınması ehtimal ki, mühafizə, müdafiə və ya mümkün toqquşmalara hazırlıq məqsədi daşıyır.

Qeyd olunur ki, şinlər adətən optik görünüşü azaltmaq, səngərləri möhkəmləndirmək və ya hərbi texnikanı kamuflyaj etmək üçün istifadə olunur. Bu isə Ermənistan tərəfinin mümkün hərbi əməliyyatlara hazırlaşdığını göstərə bilər.

Natiq Səlim,
KONKRET.az

Избранный
0
4
konkret.az

5Источники