Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, görüş zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan danışıq zamanı Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlanması iradəsinin son dərəcə vacib olduğunu bildirib və bu prosesin hər mərhələsində Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
O, həmçinin barış danışıqları çərçivəsində Rusiya və Ukrayna nümayəndə heyətlərini Türkiyədə qəbul etməkdən məmnuniyyət duyacaqlarını qeyd edib.
Prezident Ərdoğan əhatəli atəşkəsin sülh danışıqlarının başlanması üçün zəruri şərait yaradacağını, yaranmış fürsət pəncərəsinin qaçırılmaması lazım olduğunu bildirib.