RU

Müğənni: Qadın əridən küsəndə çökür

Gülyanaq Məmmədova ərini tərifləyib.

Yenisabah.az xəbər verir ki, Xalq artisti  ona olan sevgisini bu sözlərlə dilə gətirib:

"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir. Xoş söz deyəndə hər şeyi unuduram. Qadın əridən küsəndə dünyadan küsür. Qadın çökür. Bir insan sevirsə, heç kimə ziyan verməz. Ağıllı qadın kişini zirvədə tutar, ağılsız olan isə ən hörmətli kişini zirvədən salar".

Müğənni Ziya adlı bəylə ailəlidir. Onların bu evlilikdən 4 övladı var. 


Telegram kanalımız
Избранный
0
8
yenisabah.az

10Источники