RU

Vakansiya seçiminin nəticələri açıqlanıb - 1 868 müəllim...

Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 29 aprel-6 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.

Избранный
0
33
bakivaxti.az

10Источники