RU

I sinfə qəbul prosesində prioritet tətbiq olunan məktəblərlə bağlı AÇIQLAMA

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsilmüəssisələri üzrə I sinfə qəbul prosesində müəyyən zaman müddətindəprioritet (üstünlük hüququ) tətbiq olunan məktəblərə (https://baku.edu.gov.az/az/page/9/7656)yerləşdirilən 2 335 sorğu emal edilib.

Trendxəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumatyayıb.

Bildirilib ki, həmin sorğulardan 1 706-sı müvafiq üstünlükhüququna (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmişərazisinə qeydiyyatı olması, bacı-qardaşın həmin məktəbdə hazırdatəhsil alması, valideynlərindən birinin həmin məktəbdə çalışması)əsasən təsdiq edilib. Hazırda valideynlər tərəfindən yerləşdirilmiş629 sorğu isə emal mərhələsindədir.

Qeyd edilib ki, sıxlıq müşahidə olunan məktəblərə müvafiqüstünlük hüququna əsasən sorğu yerləşdirilir. Sorğular 5 iş günümüddətində emal edilərək cavablandırılır. Valideyn tərəfindən qeydedilmiş müvafiq üstünlük hüququ uyğun gələn uşaqların sorğularıtəsdiqlənir, müvafiq səbəblərə görə sorğulara imtina verildikdə isəsistemdə vakant şagird yerləri yaranır. Bunları nəzərə alaraq,üstünlük hüququ olan, lakin müvafiq səbəblərdən sorğu yerləşdirəbilməyən valideynlərə müntəzəm olaraq sistemi izləmək tövsiyəedilir.

Xatırladaq ki, ümumi təhsil məktəblərinin I sinfinə elektronqeydiyyat prosesi 1 may-12 sentyabr 2025-ci il tarixlərini əhatəedir.

Məqalədə:
Избранный
0
13
az.trend.az

10Источники