RU

Ekspert: Avtoxuliqanlıq edən motosiklet sürücüləri əsasən gənclərdir

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib.
Bu barədə Bakı Şəhər DYPİ-dən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıb.
Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı N.Şirinov da 15 gün inzibati qaydada həbs edilib, E.Xozin isə cərimə olunub.

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında qeyd etdi ki, avtoxuliqanlıq edən motosiklet sürücüləri əsasən gənclərdir:

“Motosiklet sürücüləri arasında avtoxuliqanlıq halları, xüsusilə də paytaxt ərazisində artmaqda davam edir. Bu cür hadisələrin qarşısının alınması üçün həm hüquqi, həm texniki, həm də maarifləndirmə tədbirləri vacibdir. Ümumiyyətlə onlar özlərinə və ətrafdakı şəxslərə qarşı bir qədər məsuliyyətsizlik göstərirlər. Xuliqanlığın qarşısını Dövlət Yol Polisinin Yol Patrul Xidmətinin əməkdaşları ala bilərlər. Digər tərəfdən sürücülük məktəblərində və kurslarında nəzarət gücləndirilməlidir. Həmçinin tədris olunan proqramlara yenidən baxılmalıdır. Avtoxuliqanlıq hallarında cərimələrin artırılması, daha uzunmüddətli sürücülük hüququndan məhrumetmə və nəqliyyat vasitəsinin müsadirə olunması kimi tədbirlər təsirli ola bilər”.
Избранный
0
36
sherg.az

10Источники