RU

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Ramiz Mustafayevin doğum günündə xatirəsi anılıb

11 may 2025-ci il tarixdə ağstafalı Vətən müharibəsi şəhidi Mustafayev Ramiz Bağman oğlunun doğum günü münasibətilə Ağstafa şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Şəhidlər Xiyabanında uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Избранный
0
2
yeniazerbaycan.com

3Источники