RU

2025-ci ilin yanvar–aprel dövründə Türkiyənin Qazaxıstana sement ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Qazaxıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 72,7 faiz azalaraq, 465 min 27 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qazaxıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz azalaraq, 1 milyon 832 min 10 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 1 milyard 403 milyon 422 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 389 milyon 375 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 4 milyard 324 milyon 511 min dollar məbləğində sement ixrac edib.

Избранный
0
5
turkic.world

10Источники