RU

Ağdamda şagirdin dərsə buraxılmamasına aydınlıq GƏTİRİLDİ

Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb, şagird hazırda dərslərdə iştirak edir.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı görüntülər yayılıb.

Избранный
0
10
redaktor.az

10Источники