Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynada atəşkəsə nail olmaq üçün Moskva və Kiyev arasında birbaşa danışıqlar zəruridir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Atəşkəsə gedən yol tapmaq üçün birbaşa danışıqlar lazımdır. Atəşkəsə sadələşdirilmiş yanaşma qəbuledilməzdir", - Peskov vurğulayıb.