RU

Ermənistanda Qarabağdan köç etmiş erməni bıçaqlanıb

Ermənistanın Vayots Dzor bölgəsinin Yexeqis icmasında bıçaqlanma hadisəsi baş verib.

News365.az erməni mediasına istinadən xəbər verir ki, Artabuyunk icmasının sakini Şatin kənd sakininə 10-dan çox bıçaq zərbəsi endirib.

Hadisə zərərçəkənin evində baş verib. Hadisənin səbəbi hələlik məlum deyil. Ağır yaralanan şəxs İrəvandakı tibb mərkəzlərindən birinə çatdırılıb və vəziyyətinin ağır olduğu bildirilir.

Yaralanan şəxs illərdir Qarabağda yaşayıb və 2023-cü ilin sentyabrında ermənilərin Qarabağdan köçü zamanı ailəsi ilə birlikdə doğma kəndinə qayıdıb.

Ermənistanda bu adamları əsl “qarabağlı” kimi təqdim edirlər.

Избранный
0
1
news365.az

2Источники